Nəcməddin Sadıkov MDB SQ Qərargah Rəisləri Komitəsinin iclasında

28-03-2016, 12:30
Oxunub: 605
Əvvəlcə iclasın iştirakçıları Qələbə Meydanındakı abidənin önünə əklil qoyublar.


Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir.

Etatist.com Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Belarusun müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 28-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edir.

Əvvəlcə iclasın iştirakçıları Qələbə Meydanındakı abidənin önünə əklil qoyublar.

Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunur.

Nümayəndə heyətlərinin rəhbərləri iclasda müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

Martın 30-dək davam edəcək səfər çərçivəsində general-polkovnik N.Sadıkovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Görüşlərdə ölkələr arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.

Bundan əlavə, Belarusun bir sıra müdafiə sənayesi müəssisələrinin ziyarəti planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti