DTX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

28-03-2016, 12:03
Oxunub: 1529
“Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.


Bu gün Azərbaycanda təhlükəsizlik orqanları işçilərinin peşə bayramı qeyd olunur.

Bu münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev və xidmətin əməkdaşları Fəxri xiyabandaHeydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər, onların məzarı önünə gül dəstələri düzüblər.

DTX əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

“Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Qeyd edək ki, 1919-cu ilin martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti