Aksiyalar davam edir - Təfərrüat

12-03-2013, 11:26
Oxunub: 1816


Zabrat Kürdəxanı Məhəmmədi yolunda bu gün səhər saatlarından etibarən bir qrup sakin etiraz aksiyası keçirib.

Sakinlərin "Qafqazinfo”ya verdiyi məlumata görə, etiraza səbəb adıçəkilən ərazidə yüksək gərginlikli elektrik xəttinin çəkilməsidir.

Qeyd edək ki, həmin ərazidə 20-yə yaxın ailə məskunlaşıb. Sakinlər evlərinin sənədlərinin qanuni olduğunu bildirir. Bunun müqabilində həmin ərazidən başqa yerə köçmələri üçün onlara pul ödənilməsini tələb edirlər. Amma aidiyyatı qurumlar onlara evləri üçün pul verməyəcəklərini bildiriblər. Hazırda etiraz mitinqi davam edir. Polis sakinləri ərazidən uzaqlaşdırmaq istəyir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti