İlham Əliyev Belçikanın baş nazirinə başsağlığı verdi

22-03-2016, 14:15
Oxunub: 497
"Terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik"


Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının baş naziri Şarl Mişelə başsağlığı verib.

Etatist.com ölkə başçısının saytına istinadən bildirir ki, başsağlığında deyilir:

"Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti