15 mindən çox azərbaycanlı Türkiyə vətəndaşı olub

12-03-2013, 09:34
Oxunub: 800


Türkiyənin daxili işlər naziri Müəmmar Gülər Türkiyə maraqlarına uyğun gəlməyən xidmətinə görə bir nəfəri, savaş vəziyyətində olan bir dövlətə xidmət etdikləri üçün 3 nəfəri, xaricdən dönməyə 5 hərbçinin ölkə vətəndaşlığından çıxarıldığını deyib.

Lent.az-ın Türkiyənin "haber.gazetavatan"-ına istinadən məlumatına görə, nazir on ildə 124 min 647 əcnəbiyə Türkiyə vətəndaşlığı verildiyini vurğulayıb.

Gülərin verdiyi məlumata görə, 44 min 40 Bolqarıstan, 15 min 588 Azərbaycan, 7 min 518 Rusiya, 6 min 723 Quzey Kipr Türk Cümhuriyyəti, 6 min 335 Əfqanıstan və 3 min 700 Suriya vətəndaşına Türkiyə Cümhuriyyəti vətəndaşlığı verilib.

O, qeyd edib ki, 354 min 16 nəfər Türkiyə vətəndaşlığından çıxarılıb və ya çıxıb. Onların kişi 8 min 244-ü vətəndaşlıqdan çıxarıldığı halda, 327 min 946-sı vətəndaşlıqdan çıxıb. 17 min 826 nəfər isə vətəndaşlıq haqqını itirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti