Hərbi təyyarə qəzaya uğrayıb; heyət ölüb

12-03-2013, 09:28
Oxunub: 1305


ABŞ Hərbi Dəniz Donanmasına (HDD) məxsus «E/A-6B Prowler» təyyarəsi qəzaya uğrayıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, təyyarənin üç ekipajı həlak olub. Hadisə yerində kənarları kömürləşmiş krater aşkarlanıb.

Qurumun bildirdiyinə əsasən, təyyarə təlim-məşq uçuş edərkən qəzaya uğrayıb.

Olayın səbəbi hələlik məlum deyil.

Məlumata görə, heyət katapult etməyə cəhd göstərməyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti