Nəsibə Zeynalovanın 100 illik yubileyi keçiriləcək

17-03-2016, 18:59
Oxunub: 723
Mədəniyyət və Turizm Nazirliyinə tədbirlər planı hazırlanması tapşırılıb


2016-cı ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Cahangir qızı Zeynalovanın 100 illiyi tamam olur. 

Etatist.com xəbər verir ki, Prezident İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi üçün sərəncam imzalayıb. Sərəcamda deyilir:

- Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş böyük sənətkar Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti