NASA kosmik gəmisini kosmosda yandıracaq

17-03-2016, 12:43
Oxunub: 658
“Cygnus” təzhizat kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyanı tərk etdikdən sonra atmosferə çatana qədər yanacaq.


Kosmosdakı havasızlıq şəraitində alovun xüsusiyyətlərini öyrənmək məqsədilə ABŞ Milli Aerokosmik Agentliyi (NASA) kosmosda özünün kosmik gəmilərindən birini yandırmaq fikrinə düşüb.

Virtualaz.org NASA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Cygnus” təzhizat kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyanı tərk etdikdən sonra atmosferə çatana qədər yanacaq.

NASA-dan bildiriblər ki, eksperiment alovun mikroqravitasiya şəraitində özünü aparmasının xüsusiyyətlərini öyrənməklə agentlik gələcəkdə baş verə biləcək qəza şəraitlərinin aradan qaldırılması strategiyasını hazırlayacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti