Məkkəyə gedən avtobus aşdı, ölənlər var

17-03-2016, 12:16
Oxunub: 547
Qrup Səudiyyə Ərəbistanına Ümrə - Məkkədə kiçik həcc ziyarətinə gedirmiş.


İordaniyanın cənubunda içərisində fələstinli zəvvarların olduğu avtobus qəzaya uğrayıb. Qəza nəticəsində14 zəvvar həlak olub.

BBC xəbər verir ki, daha 36 nəfər isə müxtəlif xəsarətlər alıb.

Hakimiyyətin verdiyi məlumata görə, avtobus sürücüsü Səudiyyə Ərəbistanı ilə sərhəddə, Ammandan təxminən 320 km. cənubda idarəetməni itirib.

Qrup Səudiyyə Ərəbistanına Ümrə - Məkkədə kiçik həcc ziyarətinə gedirmiş.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti