Medvedev Ermənistana səfər edəcək

17-03-2016, 10:24
Oxunub: 338
Aprelin 8-də Avroasiya İqtisadi Şurasına üzv dövlətlərin baş nazirlərinin Yerevanda görüşü keçiriləcək.


Rusiyanın baş naziri Dmitiri Medvedev bu il aprelin 7-də Ermənistana səfər edəcək.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

Onun sözlərinə görə, aprelin 8-də Avroasiya İqtisadi Şurasına üzv dövlətlərin baş nazirlərinin Yerevanda görüşü keçiriləcək.

Ermənistan hökumətinin başçısı deyib ki, səfər çərçivəsində başqa mövzularla yanaşı, təbii qaz tədarükünə dair məsələ də müzakirə edilə bilər. O, "mavi yanacağın" Rusiya rublu ilə tədarükünün mümkünlüyü məsələsində irəliləyişin olmadığını söyləyib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti