Əli Kərimlinin müşavirinə 3 il həbs verildi

15-03-2016, 12:52
Oxunub: 372
Hökmə əsaəsən M. İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.


Bu gün Nərimanov Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsaəsən M. İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dünən keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti