Milli Məclis Ankara terrorunun qurbanlarını andı - (Yenilənib)

15-03-2016, 12:21
Oxunub: 904
"Lisenziyalar və icazələr haqqında" qanun layihəsi daxildir


Türkiyənin paytaxtı Ankarada baş vermiş son terror hadisəsinin qurbanlarının xatirəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında bir dəqiqəlik sükutla yad edilib.

Trend-in məlumatına görə, spiker Oqtay Əsədov terror qurbanlarının yaxınlarına başsağlığı verib və səbr diləyib.

***

Milli Məclisin növbəti plenar iclası bu gün öz işinə başlayıb.


İclasın gündəliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı, "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi (ikinci oxunuş) daxildir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti