Ankara terrorunu törədən qız haqda ilginc məlumat – Jurnalist imiş

14-03-2016, 16:23
Oxunub: 497
Terror aktı zamanı istifadə edilən maşından onun barmaq izləri tapılıb


Ankarada qanlı terror aktını törədən şəxsin kimliyi ilə bağlı iddialar yayılıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bombalı hücumu həyata keçirənin Səhər Çağla Dəmir olduğu iddia edilir. Belə ki, terror aktı zamanı istifadə edilən maşından onun barmaq izləri tapılıb. Balıkesir Universitetinin tələbəsi olan 24 yaşlı Səhərin “Cumhuriyet” qəzetinin müxbiri olduğu da yayılan məlumatlar sırasındadır.

Qeyd edək ki, o, 4 qadın dostu ilə birlikdə (Həmidə Saklı, Kader Saklı, Sürəyya Saklı və Yeşim Akyürekli) PKK terror təşkilatına üzvlük və təşkilatı təbliğatı ilə məşğul olmaqda ittiham olunurdu.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti