Keçmiş nazir Sərkisyana qarşı partiya yaradır

14-03-2016, 15:04
Oxunub: 416
“Yaxın günlərdə yeni partiya yaradıldığını elan edəcəm”.


Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yeni siyasi partiya yaradır.

Modern.az erməni KİV-nə istinadən bildirir ki, bu barədə yerli jurnalistlərə keçmiş nazir özü deyib. “Yaxın günlərdə yeni partiya yaradıldığını elan edəcəm”.

Keçmiş nazir partiyasına üzv olacaq simalar barədə danışmasa da, deputalar, tanınmış ictimai xadimlər və gənclərin yeni partiyada təmsil olunacağını bildirib.

Oskanyan partiyasının sabiq prezident Robert Köçəryanla hər hansı əlaqəsinin olmadığını da vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti