“ASAN Xidmət” 5 gün işləməyəcək

14-03-2016, 14:09
Oxunub: 478
Martın 19-u da şənbə gününə təsadüf etdiyindən iş olmayacaq.


Azərbaycanda Novruz bayramı ilə əlaqədar 19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 martda iş olmayacaq.

Virtualaz.org xatırladır ki, Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-si qeyri-iş gününə-bazar gününə düşdüyündən martın 25-i (cümə günü) qeyri-iş günü hesab olunacaq.

Martın 19-u da şənbə gününə təsadüf etdiyindən iş olmayacaq.

Beləliklə, Novruz bayramında 9 gün iş olmayacaq. İş martın 28-i, yəni həftənin ilk günü başlayacaq.

Amma başqa qurumlardan fərqli olaraq, "Asan Xidmət" cəmisi 5 gün işləməyəcək. Xidmətdən saytımıza bildiriblər ki. onlar 20-24 martda dincələcək, martın 25-i isə işə çıxacaqlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti