İqbal Ağazadə Ərdoğana başsağlığı verdi

14-03-2016, 11:04
Oxunub: 507
"Terror və terrorçular durdurulmazsa təkcə insanlarımızı itirməyəcəyik..."


Martın 13-də axşam saatlarında Türkiyənin paytaxtı Ankara şəhərində növbəti dəfə dəhşətli terror hadisəsi baş verib. Hadisə nəticəsində 24 nəfər həyatını itirib, 125 nəfər yaralanıb.

Etatist.com xəbər verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadə baş vermiş qanlı terror hadisəsi zamanı ölənlərin yaxınlarına, Türkiyə xalqına və Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğana başsağlığı verib.

Başsağlığında deyilir:

"Martın 13-də Türkiyənin Ankara şəhərində törədilmiş növbəti qanlı terror hadisəsindən son dərəcə hiddətlənir, baş vermiş hadisəni qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.
Türkiyə hökuməti terrorla mübarizədə qəti və sərt addımlar atmalıdır. Terror və terrorçular durdurulmazsa təkcə insanlarımızı itirməyəcəyik, həm də regionda vəziyyət Türkiyə və Azərbaycanın ziyanına sürətlə dəyişəcək."
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti