Qadınlar niyə güclü olmalıdır? - Müzakirə (Yenilənib)

13-03-2016, 16:56
Oxunub: 3112
"Bizdə qadın məişətdən çıxa bilmir"


Milli Fikir Mərkəzinin ofisində MFM Qadın Qolunun təşkilatçılığı ilə "Qadın yaradıcılığı" mövzusunda müzakirə keçirilir.

Etatist.com xəbər verir ki, müzakirəni giriş sözü ilə MFM Qadın Qolunun rəhbəri Qəmər Şahbaz açıb. O, mövzu haqqında qısa məlumat verib və bildirib ki, qadınlar yaratmaq üçün ilk öncə özünü dərk etməlidir:

"Bir nəfər mənə dedi ki, qadınların yaradıcılığı üçün zəmin yaradılmalıdır, amma mən bununla tam əks fikirdə idi.

Məncə qadın yaratmaq üçün ilk öncə özünü tanımalıdır".

Səidə Səidova:

"Qadınlar maariflənməlidir və hər şey ailədən başlamalıdır. Bir uşaq da ailəni dəyişə bilər. Bizdə qadın məişətdən çıxa bilmir".

Əsmət Əhmədzadə:

"Qadın yaradıcılığı deyəndə hamımızın gözü qarşısına ana obrazı və yaradıcılığının məhsulu olan övlad gəlir. Amma biz sadəcə övlad deyib keçməməliyik. Məsələn mənim kompleksiz böyüməyimin səbəbi anamdır. Qadın yaradıcılığı insanların baxışlarını dəyişməkdir".

* * *

Şəhriyar Məcidzadə:

Bilirsiniz bizdə qadınlar niyə məişətdən çıxa bilmir? Məsələn Qolda Meyer. Onun atası ilə anası İsrail azadlıq hərəkatında tanış olublar. Koko Şanel. O, oturduğu yerdə birdən bir paltar çizməyib. Onu tətikləyən bir motiv olub".

Aynur Aydın:

Mən film rəssamlığına keçmək istəyərəm. Məsələn xaricdə bir otaqda aktyorların üzlərinə nöqtələr düzürlər və onu film rəssamının çəkdiyi konseptə köçürürlər, olur film. Bu texnikanı Azərbaycana gətirsələr, istəyərəm bu sahədə çalışım. Əgər gətirməsələr, məcburam ki, xaricə gedim.

Mən ən şəraitsiz şəkildə rəsmə başlamışam. Təmir zamanı ustadan emusiya, boya götürüb divara çəkirdim. Çünki materialım yoxdur.

Qadınlar niyə güclü olmalıdır? - Müzakirə (Yenilənib)

* * *


Naz Ramizqızı:

"Uşaqlıqdan hədəfim güclü qadın olmaq olub. İndi də qadınlar kişilərdən güclüdür.

Öz ayaqlarım üstdə dura bilən, öz sözünü hər yerdə deyə bilən və cəmiyyətdə heç bir şeydən çəkinməyən, kişilərdən geri qalmayan biri olmaqdır hədəfim. Bizim cəmiyyətdə qadının şüuraltısına çox basqı olub ki, qadın kişini özündən güclü hiss edir."

Qəmər Şahbaz:

"Qadının azad olmağını istəyirsiniz."

Naz Ramizqızı:

"Azadlıq nisbi anlayışdır. Mən indi bizim cəmiyyətdəki azadlıq anlayışını qəbul etmirəm."

Şəhriyar Məcidzadə:

"Tutaq ki, Azərbaycan qadını güclü qadındır. Niyə? Motiv, səbəb nədir? Məsələn Qolda Meyer güclü qadın idi və onun motivi var idi. O deyirdi ki, mən İsrailəm."

Naz Ramizqızı:

"Cəmiyyətimizdə qadınlara basqı çoxdur. İstəyirəm ki, qadınlar özlərini heç bir sahədə geridəqalmış hiss eləməsinlər."

Qadınlar niyə güclü olmalıdır? - Müzakirə (Yenilənib)

Şəhriyar Məcidzadə:


"Bizim qadınlar individuallığa meyillidir. Düşünürlə ki, mən azad olsam cəmiyyət mənə baxıb azad olacaq. Cəmiyyət heç kimə baxıb azad olan deyil. Şərq toplumu qadını tanrılaşdırıb. O qədər tanrılaşdırıb ki, indi bilmir o "tanrının" altında əzilsin, ya onu əzsin."

* * *

Qadınlar niyə güclü olmalıdır? - Müzakirə (Yenilənib)

Müzakirədə iştirak qızlar öz hədəfləri haqqında danışıb.


Şəhriyar Məcidzadə:

"Mən qadının azad olmasından tərəfəm. Amma Azərbaycanda qadınlar fövqəl düşüncəyə sahib deyillər. Onlar məişətdən çıxmaq istəmirlər, böyük iddiaları yoxdur. Mən qadınları iddialı olmayan cəmiyyətin qorxaq olduğunu düşünürəm. Mən qadınların iddiasından qorxan kişiləri aciz hesab edirəm, iddiasız qadının da böyük olacağını düşünmürəm".

* * *

Şəhriyar Məcidzadə:

"Qadına hədəf vermək lazımdır. Onun üstün hədəfləri olmalıdır ki, sabah qurbana çevrilməsin. Milləti qadın yaradır. Qızlar özləri təşkilatlanmalıdır".

Fidan Gül:

"Mən universitetə hazırlaşanda deyirdilər ki, səni incəsənət universitetində oxumağa qoymayacağıq. Qəbul olandan sonra mənə heç kim heç nə demədi. İndi ən böyük hədəfim televiziyada xəbərlərin aparıcısı olmaqdır".

Şəhriyar Məcidzadə

"Niyə? - Tanınmaq üçün. Hər qadının içində tanınmaq həvəsi var."

Mələk Nabat:

"Bəli, var. Razıyam. Həvəsi insanın özündə formalaşdırmaq qabiliyyəti olmalıdır. Mən də sizin fikrinizlə razıyam ki, qadın cəmiyyət yaratmalıdır, toplumu düşünməlidir. Mən tibbdə oxuyuram, amma etdiklərimin heç birinin tibblə əlaqəsi yoxdur. Qadının problemləri çoxdur. İntellektual səviyyə çox önəmli bir kriteriyadır. Mənim dayım iki universitet bitirib, 60 yaşı var kitabdan doymur. Amma dayımın yoldaşı kitabın nə üçün olduğunu anlamayan şəxsdir. İnanın ki, onların bir saatları belə mehriban, nəyinsə müzakirəsi üstə getməyib. Kişinin savadsızlığı qadının hüquqlarının əzilməsi ilə nəticələnir, amma bunun bir də o tərəfi var: qadının intellektual səviyyəsinin aşağı olması.

Mən bir damcı da özümü düşünmürəm. Həkim olacam, amma nə özəl klinikada, nə də dövlət xəstəxanalarında işləməyəcəm. Fikrim var ki, qızıl aypara cəmiyyətinə qoşulum. Məqsədim topluma fayda verməkdir. Mənim mənfəətimi düşünmürəm. Olsun, amma labüd deyil, topluma xeyir verməyim labüddür.

Cəmiyyətə xeyir vermək üçün bütün kitabları oxuyuram."

Qadınlar niyə güclü olmalıdır? - Müzakirə (Yenilənib)

* * *


Cavid Əliyev:

"Mən təklif edirəm ki, siz təşkilatlanasınız. Ancaq tənqid etmək yox. Həm də bir-birinizə dəstək verəsiniz. Məsələn Aynur xanım üçün (Aynur Aydın) sərgi keçirəsiniz. Başqa bir bacarıqlı xanım üçün başqa dəstək verəsiniz".

Aynur Aydın:

"Hər hansı bir insana dəstək olursunuzsa, o qadın toplumdan ayrılanda yenə gücsüz olacaq. Bu gün mənim sərgim təşkil olsunsa, mən deyə bilməyəcəm ki, "mən bacardım". Mən psixoloji olaraq çox qadına dəstək olmuşam. Depressiyada olan bir insanı belə çıxarmışam depressiyadan. Amma o insan özü qalxmalıdır. Sadəcə bir çalışmalıyıq, dəstək verməliyik, insan özü qabağa getsin".

* * *

Türkan Həsənli:

"Əgər biz ölkədə qadına azadlıq versəydik, indi o subyektivlikdən çıxıb cəmiyyəti düşünərdi."

"Mən bu fikirlə razı deyiləm. Dünyada hansı dahi azadlıq içində, rahatlıq içində yaşayıb, dahi olub? Heç biri.

Azərbaycanın çox istedadlı gəncləri var. Hər il bir bəlkə də yüzlərlə, minlərlə istedadlar itiririk. Bəziləri isə ancaq tükətimlə məşğuldur. Universitet oxuyuruq, niyə oxuduğumuzu bilmirik. Ailə ilə bağlı, cəmiyyəti dəyişməklə bağlı heç bir fikrimiz yoxdur. Ailə necə qurulur? - "Mənim bir qızdan xoşum gəldi, getdim ailə qurdum."

Bu cəmiyyət boz cəmiyyətdir. Boz cəmiyyəti qadınlar bitirəcək. Yəhudi milləti yəhudi qadının üzərində formalaşıb, ingilis cəmiyyəti ingilis qadının, fransız cəmiyyəti fransız qadının və s. 

Məsələn, qadın hədəfli insan, hədəfli kişi istəsə, hədəfli cəmiyyətə sahib olacağıq. Mən hər zaman elitarlığa önəm verirəm, düşünürəm ki, intellektual elita bir yerdə olmalıdır, intellektual olmayanlar da ayrı olmalıdır.

Azadlıq bir nailiyyədir və ona sahib olmaq üçün gərək haqq eləyəsən. Azadlıq hədiyyə edilmir. Azadlığa nail olurlar, yaradıcılıqla, musiqi ilə. Avropada renesans dövrünə baxın - pivəxanalarla, alkoqolizmlə qurulmayıb. Elita olmaq üçün iddialı olmaq lazımdır. Elita zəngin oliqarxiya elitası deyil, intellektual elitadır.

Qadınlar nə zaman cəmiyyətin dəyişməsi üçün qərar versələr, cəmiyyət başdan-başa dəyişəcək".

* * *

Ləman Həşimli:

"Azərbaycanda mədəniyyət deyəndə rəssamlıq və piano gəlir göz önünə. Amma yaradıcılıq deyəndə - ictimai sahədə də, siyasi sahədə də yaradıcılıq var. İnsan əgər həqiqətən istəsə, özü yarada bilər hər şeyi. Bunun üçün istəmək yetərlidir. Məsələn, mən mədəniyyəti sevirəm, buna görə dünya mədəniyyətini izləyirəm. Azərbaycanda da mədəni təfəkkürün formalaşmasını istəyirəm. Hədəfim də bununla bağlıdır. 

Hədəfimə gələndə isə, mən sənət qalereyası şəklində kafe açmaq istəyirəm. Orda sadəcə yemək olmayacaq, həm də sənət, rəsm, musiqi olacaq. İnsanlar həm fiziki, həm də mənəvi olaraq qidalanacaqlar."

Amalya Mustafayeva:

"Qadının müqəddəsləşdirilməsi və toxunulmaz olması var ki, bu, qadını cəmiyyətdən ayırır. Qadın təkbaşına lider ola bilər. bayaq Marqaret Tetçer dedik... Qadın öz gücünü biləndə lider ola bilər ancaq.

Bir qadının yetişdirdiyi övlad bir cəmiyyəti təşkil edir. Deməli qadın bu cəmiyyəti dəyişə biləcək ən fundamental element sayılır. Buna görə də qadının təkcə evinin içindən yox, çöldən də xəbərdar olması lazımdır.

Ortaq hədəf lazımdır bizə . Biz ancaq bu ortaq hədəfdə birləşə bilərik. Bunun üçün də təkliflər verə bilərik."

Müzakirə yekunlaşdı.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti