Zakir Həsənov ön xətdə yerləşən hərbi hissələrdə - FOTOLAR

11-03-2016, 11:12
Oxunub: 1160
Müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri, onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub.

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkənin ərazi bütövlüyünün təmin olunması, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti