Bakıda və Abşeronda qaz təchizatı məhdudlaşdırılır

11-03-2016, 10:32
Oxunub: 480
Fatmayi və Goradil kəndlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.


Martın 11-də Bakıda və Abşeronda təbii qaz təchizatı məhdudlaşdırılacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mart 11-də saat 10-dan işlər yekunlaşanadək Bakının Sabunçu rayonunun Albalılıq yaşayış massivində, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivində və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Zirə qəsəbəsində və Xaşa-Xuna bağ massivində, Səbail rayonunun 20-ci sahə və Bibiheybət qəsəbəsində, həmçinin Abşeron rayonunun Novxanı bağ massivində, Digah, Məhəmmədi, Fatmayi və Goradil kəndlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti