Bakıda polis iki əməliyyat keçirdi - 41 kiloqram narkotik aşkarlandı

10-03-2016, 14:01
Oxunub: 332
2,613 qram tiryək aşkar edilərək götürülüb.


Bakıda polis natkotik maddələrin qarşısını alınması ilə bağlı bir gündə iki əməliyyat keçirib.

Etatist.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, manrtın 9-da Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Heydər Məmmədovdan 2 kiloqram 614,17 qram tiryək, 23,19 qram marixuana götürülüb. Onun paytaxtda kirayədə yaşadığı evə baxış zamanı isə 15 kiloqram 183 qram marixuana və 2,613 qram tiryək aşkar edilərək götürülüb.

Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayon sakini Rəşid Şirinovdan 705 qram heroin və 2 kiloqram 70 qram marixuana götürüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti