SOCAR İsveçrəyə 400 mln. frankdan artıq sərmayə yatırıb

10-03-2016, 13:46
Oxunub: 437
İqtisadiyyat naziri İsveçrədə fəaliyyət göstərən Azərbaycan şirkətləri barədə də məlumat verib


Azərbaycanla İsveçrə arasında iqtisadi və siyasi sahədə əlaqələr inkişaf edir. Lakin 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi azalıb. Bu da əsasən xam neftin ixracının azalması, habelə neftin qiymətinin düşməsi ilə bağlı olub.

Report xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın VII iclası zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. 

Nazirin sözlərinə görə, Azərbaycanla İsveçrə arasında qeyri-neft sektorunda ticarət dövriyyəsi artıb, bu ilin yanvar ayında isə qeyd edilən seqment üzrə ticarət dövriyyəsi 38% yüksəlib: "Azərbaycanda 65 İsveçrə şirkəti fəaliyyət göstərir və onlar tərəfindən ölkə iqtisadiyyatına 220 mln. dollar investisiya yatırılıb. İsveçrənin Azərbaycan iqtisadiyyatını n qeyri-neft sektorunda ən uğurlu fəaliyyət göstərən şirkətlərindən biri olaraq "Holcim" şirkətinin səhmdarı olduğu Qaradağ Sement Zavodunu qeyd etmək lazımdır".

İqtisadiyyat naziri İsveçrədə fəaliyyət göstərən Azərbaycan şirkətləri barədə də məlumat verib. O bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsveçrəyə 400 mln. frankdan artıq sərmayə yatırıb: "SOCAR İsveçrədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. Şirkət orada 48 YDM-ə sahib olub. SOCAR hazırda İsveçrənin neft məhsullarının pərakəndə satış bazarının 7%-nə, topdansatış bazarının 8%-nə, maye-qaz bazarının isə 25%-nə nəzarət edir". 

Bakı-Tbilisi-Qa rs (BTQ) layihəsi çərçivəsində inşa olunan dəmir yolunda İsveçrənin "Stadler Group" şirkətinin qatarlarının hərəkət edəcəyini vurğulayan Ş.Mustafayev bu ölkəyə məxsus şirkətlərin Azərbaycanın enerji və nəqliyyat sahəsində fəal iştirak etdikləri barədə də məlumat verib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti