Məşhur repçi Orxan Zeynallı növbəti klipini təqdim etdi - Yeniliklər var

10-03-2016, 11:33
Oxunub: 7644
7 mayda baş tutacaq konsertdə həm də albomun təqdimatı keçiriləcək


Məşhur repçi Orxan Zeynallı (AiD) yeni klipini təqdim etdi, konsertin anonsunu verdi.

Yeni çıxan klipi barədə Etatist.com-a danışan Orxan Zeynallı bildirdi ki, klipdə "Miss Azerbaijan 2015" və köhnə H.O.S.T qrupunun üzvü Felon De Jure çəkilib. Klipin rejissorluğu isə Alvin Mahmudova məxsusdur. Onun sözlərinə görə, bu mahnı yeni təqdim olunacaq albomdan "sinql"dır:

"Klip sadə komedya janrda yazılmış sevgi mövzusudur. Qız tutmaqdan daha çox, qızların pul düşkünü olması streotipini qırmaq mövzusudur, sonuna bir balaca yumor qatmışıq. Albomun mövzusu ağırdır. 12 pillədən ibarət albomda bu track ilk pillədir. Albom satışda olacaq. Həm "Itunes", həm görüşlər vasitəsilə və disk dükanlarında olacaq".

Repçi əlavə etdi ki, 7 mayda baş tutacaq konsertdə həm də albomun təqdimatı keçiriləcək:

"Bu gündən etibarən mərkəzi kassalarda və Asan Xidmət mərkəzlərində ən böyük solo konsertimin biletləri satışa çıxır. Konsert "Kempinski" Hotelin böyük zalında olacaq."

Qeyd edək ki, Orxan Zeynallı keçmiş H.O.S.T qrupunun üzvüdür.

Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti