YAP-çı gənclərdə həbs edildi - Eksklüziv

10-03-2013, 02:51
Oxunub: 3855
“YAP-çının müxalifətçilərlə birlikdə işi nədi?”


Martın 9-u gecə saat 23:00-23:30 radələrində "Af hotel”-də keçirilən ATƏT-in iki günlük təlimləri zamanı polis və mülkü geyimli şəxslərin basqını zamanı diqqəti çəkən olay yaşanıb.

 

Etatist.com-un məlumatına görə, olay zamanı həbs edilənlər içərisində hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləridə olub.

  

Bu barədə Etatist.com-a açıqlama verən həmin hadisə zamanı tədbirdə iştirak edən Pərviz Əzimov bildirib. Pərviz Əzimovun sözlərinə görə, YAP-dan olan bir gənc xanımla, bir gənc oğlan YAP-çı olduqlarını bildirsələrdə, mülkü geyimlilər YAP nədi? YAP-çının müxalifətçilərlə birlikdə işi nədi? Deyərək onlarıda həbs edərək naməlum istiqamətə aparıblar.

  

Bundan başqa Pərviz Əzimovun sözlərinə görə, "Af hotel”-ə gələn yolların hamısında polis patrulları xidmət çəkir. Bu barədə onlar, hadisəni eşidib, dəstək üçün hotelə gələn gənclərdən öyrəniblər. Gənclər, hoteldən ayrıldıqdan sonar isə saxlanılıblar və nəzarətə götürülüblər.

 

Etatist.com 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti