Putin və Sarkisyan Dağlıq Qarabağı müzakirə edəcək

9-03-2016, 12:45
Oxunub: 464
Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.


Rusiya Prezidenti martın 10-da Moskvada ermənistanlı həmkarı Serj Sarkisyanla görüşəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı ticarət-investisiya, enerji və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın əsas mövzularının, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, liderlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə diqqət ayıracaqlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti