Müdafiə Nazirliyi: "Düşmən o qədər qorxu içindədir ki..."

9-03-2016, 12:31
Oxunub: 499
"Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır"


Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Silahlı Qüvvələrimiz tərəfindən kəşfiyyat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Etatist.com nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir: “Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir. Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlər və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər".

Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti