“Shell” İrana olan 2 milyardlıq borcunu odəyib

8-03-2016, 15:31
Oxunub: 385
Sanksiyalar tətbiq edildiyindən Niderland-Britaniya şirkəti İrana olan borcunun ödəyə bilmirdi.


"Shell" Niderland-Britaniya neft şirkəti İran Milli Neft Şirkətinə (NİOC) olan 1,94 mlrd dollarlıq borcunu avro ilə tam ödəyib.

Virtualaz.org İran mətbuatına istinadən xəbər verir ki, bu haqda "Shell"in sözçüsü açıqlama yayıb.

Məlumata görə, sanksiyalar tətbiq edildiyindən Niderland-Britaniya şirkəti İrana olan borcunun ödəyə bilmirdi.

İranla ticarətin dollarla edilməsi qadağası götürülmədiyindən ödəmə avro ilə həyata keçirilib. Borclu şirkətin sözçü isə faktı bu gün təsdiqləyib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti