Azərbaycan ​Silahlı Qüvvələrinin cəbhə bölgəsində toplantısı keçirilib

8-03-2016, 10:40
Oxunub: 282
Şəxsi heyətlə iş üzrə zabitləri üçün hazırlanan yardımçı vəsaitlər şəxsi heyətə çatdırılıb.


Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.

Nazirlikdən verilən məlumata görə, cəbhəyanı bölgədə təşkil olunan toplantıda "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması haqqında təlimat" barədə müdafiə nazirinin müvafiq qərarı və onun icrasını təmin etmək məqsədilə hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitləri üçün hazırlanan yardımçı vəsaitlər şəxsi heyətə çatdırılıb.

İxtisaslı mütəxəssislər tərəfindən şəxsi heyətin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, psixoloji hazırlığı, psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçuların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti