"Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni sistem rəqabəti artırır"

7-03-2016, 18:19
Oxunub: 3065
“Tələbə təqaüdlərinin akademik göstəricilərə görə, yəni təhsil naliyyətlərinə görə ödənilməsi nəzərdə tutulur”.


Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı tətbiq edilən yeni sistem şəffaf, müasir və tələbələr arasında rəqabəti artıran bir sistemdir.

Bunu jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, artıq başa çatmış bu semestrdə tələbələrin qiyməti nəzərə alınır: “Tələbə təqaüdlərinin akademik göstəricilərə görə, yəni təhsil naliyyətlərinə görə ödənilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti (NK) "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nı təsdiqləyib.

Yeni qaydaya əsasən, fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü; fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü veriləcək. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır; fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd veriləcək. (Trend)
Şərhlər : 1 Şərh yaz
telman 24 mart 2016 20:38  

Cənab Mikayıl Cabbarov tehsil sistemində şəffaflığın    təmin olunması istiqamətində apardığınız islahatları   cox-cox bəyənirik.Xüsusilə məktəb direktorlarının işə     təyin edilməsi barəsindəki yeniliklər diqqətə layiqdir    Uğurlu innovasiyalara ğörə Sizi ailəm adindan    təbrik edirəm.Sizə bu uğurlu yolda addımlamaq üçün  can sağlığı arzu edirem.Hörmətlə;             Sabirabad rayon Qalaqayın kənd orta mətəbın müəllimi.

 

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti