Bakı dünya çempionatından imtina etdi

7-03-2016, 18:15
Oxunub: 151
Azərbaycan Yelkənli İdman Federasiyası maliyyə üzündən dünya çempionatının keçirilməsindən imtina edib.


Bakıda bu ilin yayında keçirilməsi planlaşdırılan Yelkənli idman üzrə dünya çempionatı başqa ölkədə keçiriləcək.

Azerisport.com xəbər verir ki, Azərbaycan Yelkənli İdman Federasiyası maliyyə üzündən dünya çempionatının keçirilməsindən imtina edib.

Xatırladaq ki, DÇ keçirilməsi haqqında qərar keçən il Bakıda Beynəlxalq Yelkənli İdman Federasiyasının Baş Assambleyasının iclasında qəbul edilmişdi.

Qeyd edək ki, Olimpiya oyunlarına daxil olan bu idman növü üzrə dünya çempionatları 1970-ci ildən keçirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti