Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin birgə təlimləri başlayıb

7-03-2016, 10:26
Oxunub: 517
Məlumata əsasən, təlimlər Türkiyənin Konya vilayətində keçirilir.


Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin ortaq hərbi təlimləri başlayıb.

Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, təlimlər Türkiyənin Konya vilayətində keçirilir.

"TURAZ Şahini-2016 " adı altında keçirilən təlimlərdə iştirak edəcək Azərbaycan hərbi hava qüvvələrinin heyəti Konya vilayətinə gəlib.

Ortaq hərbi təlimlər martın 25-ə kimi davam edəcək.

Qeyd edək ki, keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı - 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti