"WhatsApp”da fayl yollamaq imkanı yarandı

4-03-2016, 15:13
Oxunub: 397
Hələ ki, yalnız PDF formatında fayl göndərmək imkanına malikdirlər.=


"WhatsApp Messenger”in son versiyasında sənədlərin göndərilməsi funksiyası istifadəyə verilib. İstifadəçilər hələ ki, yalnız PDF formatında fayl göndərmək imkanına malikdirlər.

Virtualaz.org cnews.ru-ya istinadən xəbər verir ki, "WhatsApp Messenger”in "Android" versiyasında PDF sənədini göndərmək üçün danışıq bölməsində müəyyən funksiyanı yerinə yetirdikdən sonra ekranda 6 düyməli menyu görünəcək.

"iPhone" smartfonunda isə menyunu tapdıqdan sonra mətnin daxil edilməsi sahəsində "Sənədlə bölüşmək" bölməsini seçmək lazımdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti