İsraildən İrana təhdid

9-03-2013, 11:43
Oxunub: 1733


İran nüvə silahı məsələsində beynəlxalq ictimaiyyətin ona verdiyi son fürsəti də əldən vermək üzrədir. Bunu İsrail prezidenti Şimon Peres Fransaya səfəri zamanı bu ölkənin başçısı Fransua Ollandla görüşündə deyib.

Avropa turu çərçivəsində Yelisey sarayında görüşdən sonra mətbuat konfransında İranın nüvə proqramı məsələsinə toxunan Şimon Peres bildirib ki, İsrail İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların sərtləşdirilməsinin lazım olduğunu hesab edir.

"Nüvə silahı istehsal edən İran təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükə törədir. İran nə insan haqlarına, nə də sülhə hörmət göstərmir. İran təhlükəli bir oyun oynayır və dünya ictimaiyyətinin ona verdiyi son fürsəti də qaçırır", - Şimon Peres belə deyib.

Fransa prezidenti Fransua Olland də həmkarı ilə həmrəy olduğunu vurğulayıb: "Əgər İran nüvə silahlarını inkişaf etdirməyə davam edərsə, dünya ictimaiyyəti bunun qarşısını almaq üçün lazım olan hər şeyi edəcək. İran təkcə İsrail üçün deyil, Bəsrə körfəzi, Avropa və bütün dünya ölkələri üçün təhlükə törədir." - sitatın sonu.

Qeyd edək ki, iki dövlət başçısının görüşündə İran tənqid atəşinə tutulsa da, Fələstin lideri Mahmud Abbasın terrora qarşı mübarizə və sülhün bərqərar edilməsində rolu yüksək qiymətləndirilərək alqışlanıb.
anspress
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti