Bakının mərkəzində daha bir neçə yol bağlanır

3-03-2016, 16:43
Oxunub: 520
Hər iki küçə martın 6-sı səhər saatlarından etibarən avtomobillərin hərəkətinə açıq olacaq.


Paytaxtın mərkəzində daha bir neçə yol bağlanır.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, mövcud daş örtüyünün üzərinə qoruyucu və müvəqqəti asfalt qatının salınması ilə əlaqədar olaraq, 3-4 mart tarixlərində Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Qoşa Qala Qapıları isə həmin günlərdə avtomobillərin hərəkəti üçün açıq olacaq.

Martın 5-də Əziz Əliyev küçəsi də daxil olmaqla bu küçədən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinədək olan hissədə nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Həmin gün Qoşa Qala Qapıları da avtomobillərin hərəkəti üçün bağlı olacaq.

Hər iki küçə martın 6-sı səhər saatlarından etibarən avtomobillərin hərəkətinə açıq olacaq.

Qeyd edək ki, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti