Kəmaləddin Heydərov Pakistanın ordu komandanı ilə görüşüb

2-03-2016, 15:28
Oxunub: 201
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb


Fövqəladə hallar naziri general-polkovnikKəmaləddin Heydərov martın 2-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir Kəmaləddin Heydərov hər iki ölkə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, qarşılıqlı səfər və görüşlərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaratdığını söyləyib. O, qonaqlara Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında ətraflı məlumat verib, Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

General Rəşad Mahmud bildirib ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq Pakistan üçün əhəmiyyətlidir. Qonaq vurğulayıb ki, təmsil etdiyi qurum bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti