​Türkiyənin baş naziri İrana səfər edəcək

2-03-2016, 13:35
Oxunub: 472
Nazir müavini Əhməd Davudoğlunun səfəri haqda əlavə məlumat verməyib


Türkiyənin baş naziri Əhməd Davudoğlu gələn həftə İrana səfər edəcək.

Bunu İran Milli Neft Şirkəti nazirinin müavini Məhəmmədrza Müqəddəm mətbuat konfransında bildirib.

M.Müqəddəmin sözlərinə görə, bu səbəbdən İranda keçirilməsi nəzərdə tutulan neft sənayesi və müqavimət iqtisadiyyatına dair toplantı təxirə salınıb.

Nazir müavini Əhməd Davudoğlunun səfəri haqda əlavə məlumat verməyib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin Türkiyə-İran Yüksək Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün aprelin ortalarında Türkiyəyə səfər edəcəyi gözlənilir.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti