Nazir Siyəzəndə vətəndaşları qəbul edəcək

2-03-2016, 13:27
Oxunub: 346
Görüş mart ayının 11-i saat 10:00-da Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Siyəzəndə vətəndaşları qəbul edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş mart ayının 11-i saat 10:00-da Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) xahiş olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti