Donald Tramp 4 ştatda ilkin seçkilərin qalibi olub

2-03-2016, 10:49
Oxunub: 789
D.Tramp həmçinin Corciya ştatında da partiyadaşlarını qabaqlayıb


ABŞ prezidentliyinə Respublikaçılar partiyasının namizədi, milyardçı Donald Tramp Massaçusets, Alabama və Tennesi ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

Bildirilir ki, D.Tramp həmçinin Corciya ştatında da partiyadaşlarını qabaqlayıb.

Beləliklə, D.Tramp 11 ştatdan 4-də qələbə qazanıb. Onun rəqibi Ted Kruz Oklahoma ştatında 5% çox səs toplaya bilib.

Qeyd edək ki, “Böyük çərşənbə axşamı” ABŞ-da seçkiqabağı kampaniyanın mühüm mərhələlərindən biri hesab edilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti