"Biz ağlımızı itirdik ki, Tanrı olaq" - "Kabus"dan yeni klip

1-03-2016, 22:07
Oxunub: 2083
"Bu, track albomun mahiyyətini izah edir"


Reper "Kabus" (Həbib Rüstəm) yeni klipini dinləyicilərə təqdim edib.

Etatist.com xəbər verir ki, "Xaos" adlanan repə çəkilən klipin rejissoru həm də "Gladio"nun rejissoru olmuş Fariz Əkbərovdur.

"Kabus" klipi haqqında saytımıza verdiyi açıqlamasında bildirib ki, bu rep insanlara yad formatdadır:

"Klipi tam peşəkar formada çəkməyə çalışdıq. Komanda yaxşı işlədi deyə bilərəm. "Xaç" albomundan sırf bu "track"ə klip çəkilməyini istədim. Çünki bu, track albomun mahiyyətini izah edir. Həm "track", həm də klip insanlar üçün bir az yad formatdadı. İnanıram ki, anlayanlar olacaq".

Çəkiliş heyəti:
Rejissor: Fariz Əkbərov
Art direktor: Qəmər Şahbaz
Operator&işıq: Elvin Mahmudov
Montaj&qrafika: Kamran
Rəssam: Amalya Mustafa
Rollarda: Aqşin Vəliyev, Əfsanə Əhmədova
Aranjeman&səs rejissoru: Şahin Tayfun

Qeyd edək ki, "Kabus" yaxın günlərdə "Xaç" adlı albomunu da dinləyicilərinə təqdim edəcək. O, albom üzərində artıq işlərin yekunlaşdığını bildirdi.

Etatist.com "Kabus"un yeni klipini təqdim edir:
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti