​Hesablama Palatasında kollegiya iclası keçirilib

1-03-2016, 19:57
Oxunub: 482
Audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb


Azərbaycan Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.

Bu barədə Report-a palatanın mətbuat xidmətindən məlumat verilib.

Kollegiya iclasında 2015-ci il Iş planına uyğun olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, 2016-cı ilin İş planına uyğun olaraq isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi vəziyyəti ilə bağlı hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramlarını da təsdiq edib.

İclasda cari məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti