​Aİ məhkəməsi İranın şikayətini təmin etməyib

1-03-2016, 17:22
Oxunub: 275
Beləliklə, İranın apellyasiya şikayəti təmin edilməyib


"İran Mili Neft Şirkətinə qarşı 2012-ci ilin oktyabrından 2016-cı ilin yanvarınadək tətbiq edilən sanksiyalar qanuna uyğun idi".

Bu haqda Avropa İttifaqının şirkətin sanksiya ilə bağlı apelyasiya şikayəti ilə bağlı qərarında bildirilib.

Beləliklə, İranın apellyasiya şikayəti təmin edilməyib.

2012-ci il oktyabrın 16-da Avropa İttifaqı Şurası İranın şübhəli nüvə proqramı ilə əlaqələrinə görə İran Milli Neft Şirkətinin hüquqi şəxslərinə qarşı sanksiya tətbiq etmiş, onların vəsaitlərini dondurmuşdu.

İslam Respublikasının nüvə proqramı ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatından sonra Avropa İttifaqı bu il yanvarın 16-da sanksiyaları ləğv edib.

İran şirkəti isə ona qarşı tətbiq olunan sansksiyalar əsasssız sayaraq, bununla bağlı birliyin məhkəməsinə şikayət etmişdi.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti