Həbs olunan gənclərə dəstək gəldi

8-03-2013, 18:30
Oxunub: 1575


D18 Hərəkatı Nida Vətəndaş Hərəkatının üzvlərinin həbs olunmasını pisləyən bəyanat yayıb. 

Etatist.com-un məlumatına görə, D18 Hərəkatının bəyanatın da deyilir "Biz Nida Vətəndaş Hərəkatının üzvləri Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzov 7 mart axşam saatlarında mülki geyimlilər tərəfindən oğurlanmasını bir başa onların ictimai-siyasi fəaliyyətləri ilə bağlı olduğunu düşünürük. Bu gənclər həm sosial şəbəkələrdə, həm də aksiyalarda, Nida Vətəndaş Hərəkatının digər fəaliyyətlərində aktiv iştirak ediblər. Gənclərin oğurlanmasını pisləyir və bu özbaşınalığı ölkəmizin gələcəyinə biganə qalmayan gəncliyin fəallaşmasına qarşı atılan addım hesab edirik.

Gənclər təşkilatları, hərəkatları bu təzyiqlərin qarşısında geri çəkilməyəcək. Düşünürük ki, əsgər ölümləri ilə bağlı martın 10-da olacaq mitinq qabağı hakimiyyət bu repressiyalarla etirazların qarşısını almağa cəhd edir. Son bir neçə ildə hakimiyyətin belə cəhdlərinin çox olmasına baxmayaraq, artan etirazların qarşısını almağa nail ola bilməyib...

Hərəkat olaraq Azərbaycan hakimiyyətindən tələb edirik ki, tez bir zaman da gəncləri azad etsin və gənclərə qarşı yönəlmiş repressiya siyasətinə son qoyulsun".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti