Artur Rasizadə Milli Məclisdə hesabat verəcək

1-03-2016, 12:12
Oxunub: 623
Artur Rasızadə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək


Azərbaycan Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat martın 15-də Milli Məclisdə dinləniləcək.

Parlamentdən APA-ya verilən məlumata görə, həmin gün keçiriləcək plenar iclasda baş nazir Artur Rasızadə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.

Hesabatın bu həftənin sonuna kimi əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunaraq deputatlara paylanılması nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti