Ermənistanda energetika və təbii resurslar naziri dəyişib

1-03-2016, 12:11
Oxunub: 518
Ermənistan Nəzarət Palatasının sədrinin müavini vəzifəsindən azad edilmiş Levon Yolayn təyin olunub


Ermənistanın energetika və təbii resurslar naziri Yervand Zaxaryan bazar ertəsi prezident Serj Sarqsyanın imzaladığı fərmanla vəzifəsindən azad edilib.

Etatist.com "İnterfaks"a istinadən xəbər verir ki, E.Zaxaryanın yerinə energetika naziri vəzifəsinə öz növbəsində, Ermənistan Nəzarət Palatasının sədrinin müavini vəzifəsindən azad edilmiş Levon Yolayn təyin olunub.

E.Zaxaryanın istefaya göndərilməsinin səbəbləri barədə məlumat verilmir. Amma yerli KİV artıq sabiq energetika nazirinin təqaüdə çıxdığını, mayda onun 70 yaşının olacağını yazıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti