Təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

29-02-2016, 18:46
Oxunub: 416
Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək


Təhsil naziri Mikayıl Cabbarov martın 9-da Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Report-a verilən məlumata görə, qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 29 fevral və 1, 2, 3, 4 mart tarixlərindəTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/requestelektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti