Filosoflar dövlət haqqında nə deyib - Müzakirə (YENİLƏNİB)

28-02-2016, 16:42
Oxunub: 1279
"Biz ona görə filosofların idarə etdiyi dövləti müdafiə edirik ki, filosoflar öz eqolarını aşmış insanlardır"


Gənclər Milli Fikir Mərkəzinin ofisində "Etatizm və dünya filosofları" mövzusunda müzakirə keçirir.

Etatist.com-un xəbərinə görə müzakirəni giriş sözü ilə açan Etatizm Akademiyasının direktoru Elvin Əliyev mövzu haqqında qısa açıqlama verib. O bildirib ki, etatizm tezis olara Hegel fəlsəfəsində və daha öncədən mövcud olub:

"Qısacası, dövlət, dövlətin müstəqilliyinə inanmaq deməkdir. Etatizm bildirir ki, dövlətçilikdən uzan inan şüuru anarxiyaya meyilli olur.

Əslində dövlət fəlsəfəsindən danışanda ilk öncə Platona istinad olmalıdır. Platon deyirdi ki, stabil dövlət olmalıdır və onu filosoflar idarə etməlidir. Stabilliyin olduğu yerdə rifah olur. Platondan başqa dövlətçilik mövsuzunda Aristotelə də müraciət etmək olar".

Səid Əlizadə:

"Mən özüm etatistəm və Aristotelin dövlət fəlsəfəsini Platondan üstün tuturam. Platonun ideal dövləti bu dünyadan kənardır. Aristotel deyir ki, ideal dövləti elə bu dünyada qurmaq lazımdır".

Elvin Əliyev:

"Platona görə dümokratiya ən pis dövlət quruluşudur. Platona ideal dövlətlər istinad etdiyi halda Aristotelə materialistlər müraciət edib".

Filosoflar dövlət haqqında nə deyib - Müzakirə (YENİLƏNİB)

Mələk Hacıyeva:


"İnsanlar mütləq təhsil almalıdırlar və bu təhsilin müəyyən mərhələsində dövləti necə idarə etdiklərini öyrənirlər - bu Platonun fikridir və mən də bunun tərəfdarıyam".

Filosoflar dövlət haqqında nə deyib - Müzakirə (YENİLƏNİB)

Qəmər Mustafayeva:


"Dövləti mənəvi aristokratlar idarə etməlidir. Etatizm elə bir ideologiyadır ki, onun yaratdığı dövlət inkişafa doğru gedir".

 

Ayxan Məmmədov:


"Çörçil deyirdi ki, demokratiya yaxşı idarəetmə forması deyil, amma ondan daha yaxşıdı da yoxdur. Mən liberal demokratiyanın tərəfdarıyam".

Elvin Əliyev:

"Biz ona görə filosofların idarə etdiyi dövləti müdafiə edirik ki, filosoflar öz eqolarını aşmış insanlardır. Onlar hakimiyyət xəyalında deyillər".

Filosoflar dövlət haqqında nə deyib - Müzakirə (YENİLƏNİB)

Ramiz Talıbov:

""Dövlət necə idarə edilməlidir" yox, "dövləti kimləri idarə etməlidir" sualına cavab tapmalıyıq. Bu da Platonun fikirlərinə uyğundur, mən də bunun tərəfdarıyam".

Filosoflar dövlət haqqında nə deyib - Müzakirə (YENİLƏNİB)

* * *


Orxan Yaquboğlu:

"Məncə də filosofların idarə etdiyi cəmiyyət ən idealıdır".

Səidə Səidova:

"Hər şey düşüncəylə başlayır. Yəni şüuraltında..."

Filosoflar dövlət haqqında nə deyib - Müzakirə (YENİLƏNİB)

Elvin Əliyev:


"Bir xalqın inellektualları o xalqın gələcəyini düşünürlər və bu düşüncələr materiyaya çevrilir. Amma bizim intellektualların vətən, dövlət, xalq veclərinə deyir. Kollektivçiliyin, zeyniyyətin olmaması problemdir".

Sadiq Qasımov:

"Etatizmdə hədəf elə dövlətin özüdür, məqsəd dövlətin inkişafıdır. ABŞ kimi Azərbaycan da dövlətdir, amma aradakı fərqə baxın! Dəyişikliyi yaradan insandır".

Faiq Azər:

"Dövləti düşünən insanların - düşünən aristokratların idarə etməsinin tərəfdarıyam. Etatizm dövləti vasitə olaraq görmür. Platon təhsili, dini inancı əsas vasitə olaraq göstərir".

Həbib Rüstəm (Kabus):

"Bizdə dövlət deyiləndə onu insana bənzədirik, amma onu Tanrıya bənzətməliyik. Xalq düşünürük ki, dövlət heç nə etmir. İntellektuallar fikirləşir ki, sadəcə kitab oxumaqla hər şey bitir, buna görə də heç nə edə bilmirlər. Əgər mən oxuyuramsa və heç nə etmirəmsə, niyə oxuyuram?"

Filosoflar dövlət haqqında nə deyib - Müzakirə (YENİLƏNİB)

* * *


Ruslan Səlim:

"Dövləti cəmiyyətə nümunə ola biləcək, biri idarə etməlidir ki, o düşüncəli cəmiyyəti yarada bilsin. Bizim gənclər cəmiyyətdə öz yerlərini tapa bilmirlər. Grigoriy Petrovun Finlandiyanın aydınlanmasıyla bağlı yazdığı yaxşı bir kitab var. O, orda intellektual insanların öz fərdləri üçün yox, cəmiyyət üçün necə çalışdığını göstərir".

İlkanə Əliyeva:

"Mən özüm milliyətçiyəm, amma milliyətçilik birlik üçün uyğun deyil. Birlik üçün etatizm daha uyğundur"."

* * *

Nihad Şahverdizadə:

"Biz keçmişdə o qədər küt olmuşur ki, Sabiq kimi yüzlərlə adam lazım idi ki, düşüncəni dəyişə bilsin. Bu, bir inanın bacaracağı iş deyil".

Filosoflar dövlət haqqında nə deyib - Müzakirə (YENİLƏNİB)

Həbib Rüstəm (Kabus):


"Sabir, Cəlil Məmmədquluzadə kimi şəxslər belə ideal cəmiyyət qura bilmədilər. Biz insanı tənqid edirik, amma ona heç vaxt dəyişməyə imkan verməmişik. Bəlkə bunu yoxlayaq, dəyişməyə şans verək?"

Elvin Əliyev:

"Düşünən insanın nəyəsə "mümkünsüz" deməsi absurd bir şeydir. Hər şey mümkündür, cəmiyyətdə dəyişiklik də. Və bu dəyişiklikliyi biz edə bilərik - cəmiyyəti dəyişə bilərik".

* * *

Gülayə Əlizadə:

"İndiki gənclər Sovet dövründə yaşamış insanlarla eyni zehniyyətdədirlər. Sovet insanları işə, fəaliyyətə meyilli olduğu halda, gənclərimiz bundan qaçırlar. Cəmiyyəti dəyişmək istəyiriksə bunu özümüz etməliyik, başqasından nəsə gözləməməliyik. İNkişafa ehtiyacımız var, inkişaf etməliyik".

Filosoflar dövlət haqqında nə deyib - Müzakirə (YENİLƏNİB)

Aqşin Vəliyev:

"Mənim xəyalımdakı dövlət elə bir dövlətdir ki, orda vicdanlı insanlar olsun. Bizə təhsil lazımdır. Heç birimiz öz ixtisasımızı təkmilləşdirə bilmirik. Hər bir vətəndaşın şəxsi məsuliyyəti olmalıdır".

Müzakirə bitdi. Qeyd edək ki, hər həftənin bazar günü Milli Fikir Mərkəzinin ofisində gənclər müzakirəsi keçirilir. Müzakirədə iştirak sərbəstdir, hər kəs iştirak edə bilər.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti