Prezident Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verdi

27-02-2016, 11:20
Oxunub: 362
Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında”


Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncamında əksini tapıb.

Dəyişikliyə əsasən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı kimi dövlətin adından müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi səlahiyyəti Nəqliyyat Nazirliyinə həvalə edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti