​Latviya prezidenti xəstəxanadan çıxıb

26-02-2016, 15:05
Oxunub: 426


Latviya prezidenti Raymond Veyonis xəstəxanadan çıxarılıb və onun müalicəsi milli bərpa mərkəzində davam etdiriləcək.

Bu haqda Latviya Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, prezidentin ürəyinin klapanlarından biri virusa yoluxduğundan, infeksiyanın yayılmasını məhdudlaşdırmaq üçün cərrahiyyə əməliyyatı aparılmışdı.

Xatırladaq ki, Latviyanın dövlət başçısı Raymond Veyonisin martın 10-11-də keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbayacana səfəri də nəzərdə tutulub.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti