Bakı Vergilər Departamentinin rəisi vəzifədən azad edilib

26-02-2016, 15:00
Oxunub: 482
Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib


Azərbaycan Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Report-un əldə etdiyi məlumata görə, vergilər naziri Fazil Məmmədovun əmri ilə nazirin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov Nazirlik yanında Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

Nazirini digər əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur İntiqam oğlu Fətizadə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsindən azad edilərək Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, bu vaxta qədər Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi vəzifəsini Orxan Musayev icra edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti