AŞPA prezidentinin Azərbaycana səfər proqramı açıqlandı

26-02-2016, 14:48
Oxunub: 499
QHT nümayəndələri ilə görüşü nəzərdə tutulub


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramuntun Azərbaycana səfərinin proqramı açıqlanıb.

Report AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, P.Aqramunt 29 fevral - 1 mart tarixlərində Bakıya səfəri zamanı ölkə Prezidenti, xarici işlər naziri, parlamentin spikeri ilə görüşlər keçirəcək. Eyni zamanda onun Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin bir sıra nümayəndələri və QHT nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, bu, P.Aqramuntun AŞPA prezidenti kimi Bakıya ilk səfəridir. O, bu posta Assambleyanın yanvardakı sessiyasında seçilib. Daha əvvəl isə P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti