Filosoflar qadın haqqında nə deyib: "Qadının mənası mənasızlıqdır"

24-02-2016, 12:20
Oxunub: 1516
"Qadını gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof"


Dünyanın ən çox müzakirə olunan mövzusu qadındır. Qadınlar həmişə filosofların və düşüncə insanların anlamağa çalışdığı varlıqlardır. Bir çox filosofun fikrinə görə filosof olmağın yolu qadından keçir.

Etatist.com həmişə aktual olacaq bu mövzunun mahiyyətini açmaq üçün bəzi filosofların fikirlərini oxucularına təqdim edir:

Otto Veyninger:

- Qadın seksualdır. Kişi də seksualdır, amma seksuallıqdan daha yüksəkdir.

- Azadlıq üçün çalışan və mənəvi cəhətdən yüksək olan tanınmış bütün qadınlarda kişi xarakterinə xas olan çoxlu elemetnlər var. Həmin qadınları daha da diqqətlə müşahidə edəndə anatomik olaraq kişilərə yaxınlaşdıran əlamətləri görmək olur.

- Ümumi fikrə görə ən istedadlı qadın belə (hətta kişilərə daha yaxın olan) heç vaxt 5-ci dərəcəli kişi dahilərinə çata bilməz. Məsələn şairlər arasında Fridrix Rükkert kimi, rəssamlar arasında Van Deyk və fəlsəfəçilər arasında Şleyermaxer kimi.

- Tamamilə aydındır ki, qadın kişilik əlaməti olaraq kişinin ondan mənəvi olaraq daha yüksək olmağını qəbul edir. Qadını təfəkkür baxımından özündən daha çox inkişaf etmiş kişilər cəlb edir. Bununla o, özü dərk etmədən cinsiyyət bərabərliyində öz əleyhinə həlledici səs verir. Kişi şüurlu, qadın isə şüursuz yaşayır. Qadın öz şüurun kişidən alır. Tipik kişinin tipik qadına qarşı olan funksiyası şüursuz olanı şüurlu etməkdir. Ona qarşı "logical insanity (məntiqi ağılsızlıq)" cümləsini işlətmək olar.

- Qadın məhz o materiyadır ki, istənilən formanı ala bilir. Məktəbdə qızların tədris materiallarının oğlanlardan daha yaxşı yadda saxlamasını sadəcə qadınların istədiyi mahiyyətə çevrilə bilən boş bir heç olması ilə izah etmək olar. Kişilər isə sadəcə onlara maraqlı gələn şeyləri yadda saxlayırlar, qalanını unudurlar.

- Qadının mənası mənasızlıqdır.

Artur Şopenhauer:

- Qadın fiqurası onun mənəvi və fiziki iş üçün yaradılmadığını göstərir. Qadının həyatı həqiqət içində deyil, əziyyətlə keçir: doğum sancıları, uşaq qayğısının əziyyəti, həyat yoldaşına itaət edərək ona həm də dost münasibəti göstərməsi. O, ali əziyyətlər, sevinclər ya da hakimiyyətin güclü təzahürləri üçün yaradılmayıb. Onun həyatı çətinliklərə və ya sevincə baxmayaraq daha mülaim və sakit keçməlidir.

- Təbiət qadınları ona görə gözəlliklə, cəlbediciliklə təchiz edib ki, o, kişinin bütün təsəvvürünə hökm etsin, kişi onu səmimi olaraq öhdəliyinə alsın və onların bütün gələcəyini təmin etsin. Qadına "silah-sursat" onun öz gələcəyini təmin etmək üçün bir vasitə kimi verilib. Necə ki, dişi qarışqa yumurtalarını qoyduqdan sonra daha ona lazım olmayan qanadlarını itirir, qadın da öz gözəlliyini ikinci, üçüncü doğuşdan sonra itirməyə başlayır. Ona görə gənc qızlar ev işlərinə daha çox oyun kimi baxırlar və ən ciddi məqsədi sevgidə qalibiyyətdə və bununla bağlı olan hər şeydə görürlər.

Georq Vilhelm Fridrix Hegel:

- Qadınlar savadlı ola bilərlər, lakin ali elm üçün - fəlsəfə və bəzi incəsənət işləri üçün yaradılmayıblar.

- Qadınlar təsəvvürə, zövqə, zərifliyə sahib olsalar da ideal olan heç bir şeyə sahib deyirlər. Qadınla kişi arasında olan fərq heyvanla bitkinin arasında fərq kimidir: heyvan kişinin xarakterinə daha uyğundur, bitki isə qadının xarakterinə. Əgər qadın dövlətin başındadırsa həmin dövlət təhlükə altındadır. Çünki onlar bütövün tələblərinə uyğun deyil, təsadüfi meyllərə və ya rəylərə uyğun hərəkət edirlər. Bilgi qadınlara naməlum yollardan gəlir - təhsildən daha çox həyatdan. Kişilər isə öz mövqelərini sadəcə qazanılmış düşüncə və texniki əziyyətlə qazanırlar.

Fridrix Nitsşe:

- Kişi qadın üçün sadəcə vasitədir – hədəf uşaqdır. Qoy qadın təmiz, saf, incə qiymətli bir daş kimi olmayan, yaradılmayan dünyanın oyuncağı olsun.

- Kişi deyir "mən istəyirəm". Qadın deyir "o, istəyir". Kişi bir maqnitdir, qadın dəmir. Dəmir (qadın) deyir ki, "mən sənə məni çəkdiyin üçün nifrət edirəm. Amma mən sənə daha çox məni yetərincə çəkmədiyin üçün nifrət edirəm".

Sokrat:

- Qadın bir dəfə kişiylə bərabər oldusa, onun ağasına çevriləcək.

- Qadını gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof.

Andre Breton:

- Qadın siqaret kimidir, çəkirsən qurtarır, amma ağzında pis dadı qalır.

Viktor Hüqo:

- Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır.

Bernard Şou:

- Qadın evlənənə qədər, kişi isə evləndikdən sonra gələcəyindən narahat olur.

Oskar Uayld:

- Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti